Təmsilçimiz erməniyə qalib gəlib - Tarix yazdı

temsilcimiz-ermeniye-qalib-gelib
Oxunma sayı: 25295

Bu gün Rioda keçirilən Olimpiya Oyunlarında boks yarışlarında yarımfinal qarşılaşmaları keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, idmançımız Lorenzo Sotomayor da rinqə çıxacaq. 

64 kq çəki dərəcəsində döyüşən idmançımız Almaniyanı təmsil edən erməni əsilli idmançı Artyom Harutyunyanla qarşılaşacaq. Əgər Sotomayor bu görüşdə qalib gəlib finala çıxsa, bu boksçularımız üçün Olimpiya oyunlarında yeni tarix olacaq. Çünki ilk dəfə idmançımız finala çıxacaq.

Bu tarixi qarşılaşma 21:45-də başlayacaq.

***

Sotomayor erməni rəqibinə qalib gələrək növbəti mərhələyə çıxıb. Bununla da idmançımız tarix yazmış hesab olunur, çünki indiyə kimi olimpiadalarda finalçımız olmamışdı. 

***

Final 21 avqust Bakı vaxtilә 22:00-da olacaq.