Terrorçular mükafat üçün Kiyevə getməli imiş...

terrorcular-mukafat-ucun-kiyeve-getmeli-imis
Oxunma sayı: 3851

“Crocus City Hall”a hücum edənlər terror aktını həyata keçirdikdən sonra Kiyevə istiqamət alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, terrorçuların bütün hərəkətlərinə teleqram vasitəsilə bir kişi nəzarət edib.

“Koordinatorun göstərişi ilə terrorçular cinayəti törətdikdən sonra avtomobillə Rusiya-Ukrayna sərhəddini keçmək və vəd olunan mükafatı almaq üçün Kiyevə yola düşüblər”, - məlumatda deyilir.