Tərtərdə ölən və yaralanan mülki şəxslərin adları açıqlandı

terterde-olen-ve-yaralanan-mulki-sexslerin-adlari-aciqlandi
Oxunma sayı: 6801

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutub. 

"Qafqazinfo"nun məlumatına görə, Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan şəxslərin adlarını açıqlayıb: 

"Düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olmuş, həmin kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir".