Tibb bacısı rüşvət vermədiyi üçün işdən çıxarılıb? - Video

tibb-bacisi-rusvet-vermediyi-ucun-isden-cixarilib
Oxunma sayı: 509

“Direktor məni qarşıladı, dedi ki, bura dəyirman deyil, 2000 verəcəksən, rahat işləyəcəksən”​.

“Qafqazinfo” xəbər verir ki, bu iddianı paytaxtdakı liseylərdən birində 9 ildir tibb bacısı işləyən şikayətçi Aida Nəsibova səsləndirib.

O deyir ki, direktor ondan 2000 manat rüşvət tələb edib, məktəbdə çalışan bəzi şəxslər və valideynlərin əleyhinə yalan ifadə verməsini, hətta məhkəmədə saxta şahidlik etməsini istəyib.

Şikayətçinin ən ciddi iddialarından biri isə iş otağında gizli kameranın aşkar edilməsi ilə bağlıdır.

“Mən kameranı aşkarlayandan sonra onu məndən alıb apardı otağına. Təhsil Nazirliyinə də müraciət etmişəm. Əgər mən işimdə səhv buraxmışamsa, mənə töhmət verərdirlər. Bir kəlmə xəbərdarlıq olunmadı”, - deyə o əlavə edib.

Aida Nəsibova vurğulayıb ki, onun himayəsində 3 azyaşlı uşaq və xəstə anası var.

Liseydən bildirilib ki, 2 nömrəli uşaq poliklinikasından liseyə təhkim olunmuş tibb bacısının çalışdığı səhiyyə müəssisəsi tərəfindən geri çağırılması müvafiq prosedur qaydalara əsaslanır. Onun liseyə təhkim olunduğu dövrdəki fəaliyyətində pedaqoji mühitə uyğun olmayan davranışları da geri çağırılmasının səbəbləri sırasında yer alır. Bütün bunlar nəzərə alınaraq 3 dekabr 2025-ci il tarixində 2 nömrəli uşaq poliklinikasının əmrinə əsasən onun liseydəki fəaliyyətinə xitam verilib və təhsil müəssisəsinə başqa tibb bacısı təhkim olunub. Qeyd edilib ki, tibb bacısının liseyin rəhbərliyinə aid digər iddiaları tamamilə əsassızdır.

Daha ətraflı “Xəzər TV”nin süjetində: