“TikTok”da ən çox istifadə olunan mahnılar açıqlandı - Video

tiktokda-en-cox-istifade-olunan-mahnilar-aciqlandi
Oxunma sayı: 2300

“TikTok” 2021-ci ildə istifadəçilər tərəfindən hazırlanan videoçarxlarda ən çox istifadə olunan mahnıları açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, reytinqin birinci pilləsində reper Masked Wolf-un “Astronaut in the Ocean” mahnısı, ikinci pillədə “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin qalibi “Maneskin” qrupunun “Beggin”i, üçüncü pillədə isə reper Popp Hunna-nın “Adderall” kompozisiyası qərarlaşıb.

İlk beşliyə, həmçinin kanadalı musiqiçi ElyOtto-nun “SugarCrash!”ı, avstraliyalı reper The Kid Laroi və kanadalı müğənni Castin Biberin “Stay” dueti daxil olub.