“TikTok”un ABŞ-nin nəzarətinə keçməsi tam razılaşdırılıb

tiktokun-abs-nin-nezaretine-kecmesi-tam-razilasdirilib
Oxunma sayı: 710

“TikTok” sosial şəbəkəsinin biznesinin Amerikanın nəzarətinə keçməsi tam razılaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzetinə müsahibəsində ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

“Hər şey həll olunub və biz tezliklə əməliyyatı görməliyik”, - o bildirib.

Qeyd edək ki, sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp “TikTok”un səhmlərinin ABŞ-dəki müştərək müəssisəyə verilməsi ilə bağlı sazişi təsdiqləyib.