TIR-da və yarımtikilidə meyit tapıldı

tir-da-ve-yarimtikilide-meyit-tapildi
Oxunma sayı: 1632

Xaçmazda yarımtikilidən meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 20 radələrində 1958-ci il təvəllüdlü Quliyev Aslan Səlim oğlunun meyiti yaşadığı rayonun Cığatay kəndində yerləşən yarımtikilidə aşkarlanıb. Meyiti A.Quliyevin tanışı aşkar edərək məlumat verib.

Oxşar hadisə Bakı-Qazax magistral yolunun kənarında baş verib. Yol kənarında dayanmış TIR-a baxış keçirilərkən sürücünün meyiti aşkar edilib. Ölən şəxsin Çingiz Hüseynov adlı şəxs olması müəyyənləşib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev