Tokayev Qazaxıstana gələn rusiyalılardan danışdı

tokayev-qazaxistana-gelen-rusiyalilardan-danisdi
Oxunma sayı: 3179

“Son günlər Qazaxıstana Rusiyadan çox sayda insan gəlir”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Biz onların təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Mən hökumətə lazımi tədbirlər görməyi tapşırmışam. Rusiya tərəfi ilə danışıqlar aparacağıq və bu problemi ölkəmizin maraqları çərçivəsində həll edəcəyik”, - deyə Tokayev qeyd edib.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Rusiya vətəndaşları əsas olaraq ölkə ilə qonşu dövlətlərə üz tuturlar.