“Tolik “qoluboy”, bədbəxt, səviyyəsiz bir adamdı”- Cavab

tolik-qoluboy-bedbext-seviyyesiz-bir-adamdi-cavab
Oxunma sayı: 765

Partiya sədrinin ANS PRESS-ə açıqlamasında deyib: Tolik kimi “qoluboy”lara mən heç vaxt ciddi yanaşmamışam. O, kimlərinsə “postel”indən çıxan müğənnilərin yanında hərlənir və bədbəxt bir adamdır. O, həmişə aradüzəldən olub, birini birinə düzəldib, 5-10 manat pul alıb. Bu adam “qoluboy“dur. Onun haqqında nə demək olar? Bədbəxt adamdır, bu yolu seçib. Mənim ona yazığım gəlir. Onun gəlib biz olmasına əsr yarım var. Getsin öz işiylə məşğul olsun, kimdənsə pul alıb ara düzəltsin".

"Müğənnilərin hansı oyunlardan çıxması hamıya bəllidir. Bunlar Azərbaycan xalqını biabır ediblər. Biri boşanır, çıxır efirdə deyir ki, mən ərimdən boşandım, başqasına ərə getdim. Tolik də “qoluboy”, bədbəxt, səviyyəsiz bir adamdı, o, ancaq Tibilsi prospektində duran adamlara başçılıq edə bilər. Bunlarla işini görsün, bir də müğənnilərə ara düzəltsin. O, öz sənətini tapıb. Bu işlərə baş vurmağı onun üçün yaxşı nəticə verməz”, – deyə Hafiz Hacıyev bildirib.

"“Qoluboy” bir adamın böyük bir siyasətçi haqqında nəsə deməsi yanlışdır", - deyən Hafiz Hacıyevin sözlərinə görə, Tolik bilməlidir ki, Hafiz Hacıyev kiminsə haqqında bir söz deyirsə, bilir nə deyir: "Hafiz Hacıyev Tolikin hansı artistdən 5-10 manat alıb kimilə tanış etdiyi yaxşı bilir. Tolik insan alveriylə də məşğuldu. Yəni insanları bir-biriylə tanış etmək düzəltmək də böyük bir alverdi. Dövlət bunula bağlı lazım gələn anda tədbir görüb və görəcək də. Bu məsələlərin sonu Tolik üçün yaxşı olmayacaq. O, müğənniləri aparıb imkanlı adamlarla tanış edəndə ona az pul verirlər. Müğənnilər də onu aldadır. Görünür ona görə o, belə bir yola əl atıb. Azərbaycan xalqının qeyrətini Tolik kimi “qoluboy”lara, özünü ortaya qoyan müğənnilərə tapşıra bilmərik ki?"

"Mən bir söz deməmişəm ki, sadəcə demişəm ki, Nazpəri gedib Qəmbərov İsanın oğlunun toyunda deyib ki, ogün olsun sizin inouqurasiya mərasiminizdə mən gəlim 3 saat ayaq üstdə oxuyum. Mən də demişəm ki, bu yaramazdı, bu hökumət, bu dövlət ona çörək verib. Biz ayrı bir söz deməmişik ki? Biz bilirik ki, Azərbaycan xalqının çörəyini yeyib onu içindən çökdürmək istəyən istər müğənnisi, istər şairi var. Biz bunu Əkrəm Əylislinin timsalında gördük, bunu Rüstəm İbrahimbəyovun timsalında gördük. Müəyyən dövlətlərin tapşırığı ilə Azərbaycanda dövlət çevrilişi etmək istəyirlər, mən onları deyirəm. Hardan alırlar bu qədər villaları. Nazpərini və digər müğənniləri maliyyələşdirən fiqurlar var, biz onları tanıyırıq. Biz bunu açıqlayıb ictimaiyyətə açıqlayacağıq. Tolik gedib kimisə tanış eləyib pul qazansın, Allah bazar versin", - partiya sədri əlavə edib.

Buna baxmayaraq, Hafiz Hacıyevin prodüsseri məhkəməyə vermək niyyəti yoxdur: "Lazım gəlsə özümüz onunçun ölçü götürərik. Mən bunu müğənnilər haqqında demişəm, heç bir qadın müğənni cavab verməyib. Görünür, Tolik özünü o siyahıda görür ki, cavab verib. Mən bədbəxt adamı məhkəməyə verib onu populyarlaşdıra bilmərəm ki? Tolik getsin "Avropa" otelinin yanına, onun da tayı olan siyasətçilər var, onlarla birləşib komandasını artırsın”.