Tovuzda ana və oğlu dəm qazından zəhərləndi

tovuzda-ana-ve-oglu-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1104

Tovuzda rayonunda 2 nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Ü.İsmayılova və övladı 2011-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərlənib.

Onlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Yunis Quliyev