Tovuzda çoban döyüldü

tovuzda-coban-doyuldu
Oxunma sayı: 646

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Kür çayının yaxınlığında qeydə alınıb. Orada qoyun otaran Əlimərdanlı kənd sakini 1976-cı il təvəllüdlü Pərviz Qasımov başqa bir şəxslə mübahisə zəminində döyülüb. Müxtəlif bədən xəsarətləri alan çoban xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.