Tovuzda naməlum əşya partladı, iki qadın xəsarət aldı

tovuzda-namelum-esya-partladi-iki-qadin-xesaret-aldi
Oxunma sayı: 3080

Tovuzda çörək bişirən qadınlar naməlum əşya partlaması nəticəsində qəlpə yarası alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Tağıyeva Roza Abbas qızı və 1992-ci il təvəllüdlü Tağıyeva Esmira Xəqani qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə evdə ocaqda çörək bişirən zaman baş verib. Naməlum əşya anidən partlayaraq qadınlara xəsarət yetirib.

Araşdırma aparılır.