Toy və nişanla bağlı qadağa qüvvədədir

toy-ve-nisanla-bagli-qadaga-quvvededir
Oxunma sayı: 2618

"Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, açıq havada fəaliyyət göstərən iaşə obyektlərində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilmir:

"Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir. Həmçinin, belə tədbirlər zamanı maskadan istifadə, sosial məsafə qaydalarını qorumaq çətin olur".

Murad Əhməd