Traktor aşdı, sürücü öldü - Foto

traktor-asdi-surucu-oldu
Oxunma sayı: 1751

Yardımlıda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün rayonun Urakəran kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru aşırıb.

Nəticədə Y.Qəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Ziya Əmirxanlı