ABŞ prezidenti Donald Tramp 2023-cü ildə Corciya ştatının Fulton qraflığının həbsxanasında çəkilən fotosunu Ağ Evin Oval kabinetində asıb.
Bu barədə “Qafqazinfo” “Newsweek” jurnalına istinadən xəbər verir.
Bildirilib ki, Amerika liderinin həmin fotosu bu yaxınlarda Tramp və Hindistanın Baş naziri Narendra Modi arasında danışıqlar zamanı görüntülənib.
“Prezident Donald Trampın onun və tərəfdarlarının itaətsizlik simvoluna çevrilən ən mübahisəli fotolarından biri olan fotoşəkili indi Oval kabinetin qarşısındakı dəhlizdə fəxrlə asılıb”, - nəşr qeyd edir.