Tramp Səudiyyə Ərəbistanının həmin xahişini rədd edib

tramp-seudiyye-erebistaninin-hemin-xahisini-redd-edib
Oxunma sayı: 386

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Yəməndə husilərə qarşı hücumlar başlatmaq istəyini rədd edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp imtina edib və ABŞ administrasiyasının rəsmiləri hazırda husilərlə münaqişəyə birbaşa müdaxilə planlarının olmadığını vurğulayıblar.

Məlumata görə, Məhəmməd bin Salman 10 sentyabrda Trampa iki dəfə zəng edərək husilərin mövqelərinə hücumlar tələb edib.