Trampın impiçmenti haqqında qətnamə Senata təqdim edildi

trampin-impicmenti-haqqinda-qetname-senata-teqdim-edildi
Oxunma sayı: 782

ABŞ Konqresinin aşağı palatasının nümayəndələri ölkənin keçmiş Prezidenti Donald Trampın impiçmenti haqqında qətnaməni Senata təqdim ediblər.

“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Vəziyyətin görünməmiş olması ondan ibarətdir ki, ölkə tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduruna iki dəfə eyni Prezident məruz qalır. Qətnamədə bir ittiham maddəsi var - üsyana təhrik.

İmpiçment prosesinin özü fevralın 8-dən sonra başlayacaq.