Trampla Cinpin arasında telefon danışığı başlayıb - Yenilənib

trampla-cinpin-arasinda-telefon-danisigi-baslayib
Oxunma sayı: 1212

Bu gün ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpin arasında telefon danışığı həyata keçiriləcək.

“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, danışıqların Bakı vaxtı ilə təqribən 17:00-da başlaması gözlənilir.

Tərəflər bir sıra məsələlərlə yanaşı, ABŞ və Çin arasında rüsumlar məsələsində barışığa gəlməyi müzakirə edəcəklər. 

Bu, iki ölkə lideri arasında iyun ayından bu yana ilk birbaşa söhbət olacaq.

***

Çinin Mərkəzi Televiziyasının məlumatına görə, Cinpinlə Tramp arasında telefon danışığı başlayıb. 

Danışıqlarla bağlı detallar açıqlanmayıb.