Tramp seçki kampaniyasına dəstək üçün məhsul satır?

tramp-secki-kampaniyasina-destek-ucun-mehsul-satir
Oxunma sayı: 2244

ABŞ-nin sabiq prezidenti və hazırkı prezidentliyə namizədi Donald Tramp internet saytında bir çox məhsul satışa çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunub ki, Trampın adını daşıyan brendin internet saytında müxtəlif kateqoriyalarda məhsullar təqdim olunub.

Belə ki, ətirlərdən tutmuş, qolf çantalarına, yumşaq oyuncaqlara, dodaq boyası və idman ayaqqabılarına qədər geniş çeşiddə məhsullar satışa təqdim olunub.

ABŞ mətbuatı və sosial media istifadəçiləri Trampın satışa çıxardığı məhsulları və onların qiymətlərini sərt tənqid edib.

Hətta bəzi mənbələrin məlumatında Trampın bu satışı özünün seçki kampaniyasına dəstək məqsədilə etdiyi qeyd olunub.