Tuğ kəndində Ermənistanın “Mi-8” helikopterinin qalıqları tapıldı - Video

tug-kendinde-ermenistanin-mi-8-helikopterinin-qaliqlari-tapildi
Oxunma sayı: 2686

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.