“Tüpürdüyümüzü yalamaq bizə yaraşmaz” - Ərdoğan

“Tüpürdüyümüzü yalamaq bizə yaraşmaz”
Oxunma sayı: 3019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan Rusiyadan alınan “S-400” raket kompleksindən və Amerikanın Türkiyəni bu alış-verişdən yayındırmaq cəhdindən danışıb. “S-400-dən vaz keçməyəcəyik. Həmişə demişəm, bura qəsəbə dövləti deyil, Türkiyə Cümhuriyyətidir. İmzanı atmışıq, hər şey bitib. Rusiya bizə verəcəyi kreditdə hər cür güzəşti edib. İndi tüpürdüyümüzü yalasaq, dövlət tərbiyəmizə uyğun gəlməz, mənim də dövlət rəhbərliyimə yaraşmaz”.

Ərdoğan hazırda 4 ədəd də F-35 təslim aldıqlarını bildirib: “Hazırda Arizonadadırlar. Generalımızı göndərdik, pilotlar təlim gördülər. Durub “təyyarələri verməyəcəyik” demək ABŞ hökumətinə yaraşmaz. G20 zirvəsində cənab Trampla bu məsələsini ətraflı müzakirə edəcəyik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi