“Turan Tovuz” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

turan-tovuz-neftciye-kepez-zireye-qarsi
Oxunma sayı: 797

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” Yevlax şəhər stadionunda “Zirə” ilə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq.  

Günün son matçı Tovuz şəhər stadionunda keçiriləcək. “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə görüşəcək. Matçın start fiti saat 18:30-da veriləcək.

Azəbaycan Premyer Liqası

28 noyabr

14:00. “Kəpəz” – “Zirə”

Hakim: Rəşad Əhmədov

Yevlax şəhər stadionu

18:30. “Turan Tovuz” – “Neftçi”

Hakim: Fərid Hacıyev

Tovuz şəhər stadionu.