“Türk Eskobar” və dəstəsinə qarşı əməliyyat keçirildi - Video

turk-eskobar-ve-destesine-qarsi-emeliyyat-kecirildi
Oxunma sayı: 2429

Türkiyədə ölkələrarası narkotik satışı və daşınması kimi əməllərdə şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatlar zamanı 42 nəfərin saxlanıldığını açıqlayıb.

“Türk Eskobar” ləqəbli  Ürfi Çetinkayanın rəhbəri olduğu qruplaşmaya qarşı keçirilən əməliyyata “Kafes-44” adı verilib. Bildirilib ki, əməliyyat zamanı saxlanılanlar arasında ABŞ tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş şəxs də var.

Cinayətkar şəbəkənin Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya və Yunanıstanda ələ keçirilmiş ümumilikdə 37 ton narkotikə cavabdeh olduğu qeyd edilib. Onların narkotiklərin daşınmasında gəmi, kater və yük avtomobillərindən gizli yollarla istifadə etmələri üzə çıxıb.