“Türkiyə-Ermənistan sərhədindəki məntəqə istismara hazırdır”

turkiye-ermenistan-serhedindeki-menteqe-istismara-hazirdir
Oxunma sayı: 2061

“Türkiyə ilə Ermənistan sərhədində yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsi istismara hazırdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb. 

“Nəzarət-buraxılış məntəqəsi istismara hazırdır və Ermənistan sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılmasına dair Türkiyədən müsbət siqnallar gözləyir”, - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, noyabrın ortalarında Ermənistanın Dövlət gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan yeni nəzarət-buraxılış məntəqəsinin inşasının sona yaxınlaşdığını açıqlayıb.