Türkiyə Macarıstanı darmadağın etdi - Video

turkiye-macaristani-darmadagin-etdi
Oxunma sayı: 5021

Türkiyə Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşündə səfərdə Macarıstanla qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, “ay ulduzlular” matçda 3:0 hesabı ilə qələbə qazanıblar.

Oyunda qolları Hakan Çalhanoğlu, Arda Gülər və Abdülkerim Bardakcı vurub.

Mərhələnin ilk görüşü də Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

Bu qalibiyyətlərdən sonra Türkiyə A liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə A liqasında mübarizə aparacaq.