Türkiyə millisinin kapitanı qalmaqallı duruma əsəbiləşdi - Foto

turkiye-millisinin-kapitani-qalmaqalli-duruma-esebilesdi
Oxunma sayı: 3359

Türkiyə millisinin Çini 3:1 hesablı məğlub etdiyi Millətlər Liqası finalından sonra qalmaqallı anlar yaşanıb.

 “Qafqazinfo” xəbər verir ki, həlledici matçın ardından mükafatlandırma mərasimi təşkil edilmədən Beynəlxalq Voleybol Federasiyasının (FİVB) vitse-prezidenti meydana girərək kuboku “ay ulduzlular”ın kapitanı Eda Erdemə təqdim edib.

Kapitan isə bu duruma əsəbiləşib və federasiya rəhbərliyinə məlumat verib.