Türkiyə MİT “boz siyahı”da axtarılan terrorçunu zərərsizləşdirdi

turkiye-mit-boz-siyahida-axtarilan-terrorcunu-zerersizlesdirdi
Oxunma sayı: 1202

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK-nın Şimali İraqdakı yüksəksəviyyəli idarəçilərindən olan Fehmi Öğmen və “boz siyahı”da axtarılan 2 terrorçunu Süleymaniyyə çölündə keçirdiyi əməliyyatla zərərsizləşdirib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, MİT qurduğu yerli kəşfiyyat şəbəkəsi ilə terror təşkilatı üzvlərinin məxfi şəkildə istifadə etdiyi ərazini müəyyən edib.

“Sinan Dijvar” kod adlı Fehmi Öğmenin Süleymaniyyənin Çemçemal çölündə olduğu müəyyənləşdikdən sonra ona qarşı əməliyyat keçirilib.

Əməliyyatda 1993-cü ildə təşkilata qoşulan, uzun illər daxildə və xaricdə terror fəaliyyətləri həyata keçirən, Türkiyədə bir çox aksiyalar təşkil edən təşkilat rəhbərlərindən olan Öğmen, “Mazlum Koçer” kod adlı batalyon zabiti Mehmet Salih Çakal və onların sürücüsü “Ararat Tolhildan” kod adlı Əhməd Muhammed Əli məhv edilib.