Türkiyə səfiri Qənirə Paşayeva ilə bağlı məlumat almaq üçün xəstəxanaya getdi

turkiye-sefiri-qenire-pasayeva-ile-bagli-melumat-almaq-ucun-xestexanaya-getdi
Oxunma sayı: 4220

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı millət vəkili Qənirə Paşayevanın səhhəti ilə bağlı məlumat əldə etmək üçün Mərkəzi Klinikaya yollanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı səfir öz “X” hesabında paylaşıb.

Onun sözlərinə görə, xəstəxana rəhbərliyi və həkimlərdən millət vəkilinin hazırkı vəziyyəti ilə bağlı məlumat alıb.

O, həmçinin Q.Paşayevanın səhhətinin tezliklə yaxşılaşması üçün şəfa diləklərini bildirib.