Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə 8 oyun keçiriləcək.
Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə üz-üzə gələcək. “Beşiktaş Park” stadionunda təşkil edəcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.
***
Matç başladı.
***
Birinci hissə qolsuz başa çatdı.
***
İkinci hissə başladı.
***
Türkiyə hesabı açdı. 53-cü dəqiqədə Fərdi Kadıoğlu fərqləndi.
***
Matç Türkiyənin qələbəsi ilə başa çatdı.
Qeyd edək ki, Türkiyənin rəqibi Kosovo - Slovakiya matçında müəyyənləşəcək. Həmin matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Türkiyə yığması isə DÇ-yə getmək üçün final qarılaşmasına martın 31-də çıxacaq.
Son xəbərlər
Son Xəbərlər