Yunanıstan və Türkiyə dekabrın 7-si Afinada keçiriləcək Ali Əməkdaşlıq Şurasının iclasında azı 20 saziş imzalayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Yunanıstanın “ERT” dövlət televiziyası yayıb.
Bildirilir ki, Ali Əməkdaşlıq Şurasının 5-ci iclası Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək. İclasda hər iki ölkənin bir sıra nazirləri də iştirak edəcək.
Sazişlərdən ən əsasının miqrasiya barədə olacağı qeyd olunub.