Türkiyədə 5 baldan çox zəlzələ oldu

turkiyede-5-baldan-cox-zelzele-oldu
Oxunma sayı: 1283

Egey dənizinin Muğla sahillərində 5,1 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, təkanlar Bodrum və Mərmərə bölgəsində hiss edilib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin 2,51 km dərinlikdə baş verdiyini açıqlayıb.

Kandilli Rəsədxanası zəlzələnin gücünün 5,3 bal olduğunu bildirir.