Türkiyədə işləyən azərbaycanlı cərrah könüllü döyüş bölgəsinə yollandı - Foto

turkiyede-isleyen-azerbaycanli-cerrah-konullu-doyus-bolgesine-yollandi
Oxunma sayı: 5134

Tanınmış türkiyəli jurnalist Erdal Orhan sosial şəbəkədə azərbaycanlı gənc həkimlə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, Türkiyədə cərrah işləyən həkimin könüllü olaraq döyüş bölgəsinə gəldiyini və yaralanmış əsgərlərə xidmət edəcəyini yazıb:

“Akdeniz Universitetinin cərrahı, azərbaycanlı həkim Amil Hüseynovu təbrik edirəm. Çünki o, vətənindəki döyüşə görə könüllü olaraq Bakıya qayıtdı və əsgər oldu. Hazırda cəbhədə olan xəstəxanalarda yaralanmış hərbçilərə yardım edir. Dünən Antalya hava limanından Bakıya yolçu etdiyim həkim, zəfərlə dön”.

Jurnalist paylaşımına “Çırpınırdı Qara dəniz” mahnısının sözlərini də əlavə edib.

Fotoda: Erdal Orhan