Türkiyədə məktəblər bu tarixdə açılacaq

turkiyede-mektebler-bu-tarixde-acilacaq
Oxunma sayı: 9779

Türkiyədə koronavirus epidemiyası səbəbindən martın 16-dan bağlı olan məktəblər iyunun 1-də açılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuq "CNN Türk"ə açıqlamasında deyib. O bildirib ki, ilk mərhələdə 8-ci və 12-ci sinif şagirdləri dərsə gedəcək. Həmin şagirdlər hər hansı imtahana girməyəcək, davamiyyət məcburiyyəti olmayacaq.

İyulun sonuna planlaşdırılan universitetlərə qəbul imtahanlarının vaxtının dəyişib-dəyişməyəcəyi ilə bağlı qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək.