Türkiyədə prezidentliyə namizədlərlə bağlı etirazlar rədd edildi

turkiyede-prezidentliye-namizedlerle-bagli-etirazlar-redd-edildi
Oxunma sayı: 2242

Türkiyədə prezident seçkilərinə namizəd olan hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu və Məmləkət Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliklərinə etiraz edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı ölkənin Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener məlumat verib.

O həmin etirazların əsassız olduğunu bildirib və onları rədd edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək.