Türkiyədə saxlanılan fenomen sərbəst buraxıldı - Yenilənib - Video

turkiyede-saxlanilan-fenomen-serbest-buraxildi
Oxunma sayı: 6241

Türkiyədə sosial media fenomeni Banu Parlak saxlanılıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə silahlı paylaşım etdiyinə görə saxlanılıb.

Belə ki, 36 yaşlı fenomen paylaşımında əlinə silah alaraq deyib: “Mənim maşın, ev kimi yox, belə maraqlarım var. Nə etmək olar? Bu günü çoxdan gözləyirdim. Yeri gəlmişkən, lisenziyası var. Mən heç kimi silahdan istifadə etməyə təşviq etmirəm”.

Qeyd edək ki, həm də müğənni olan Parlak bir müddət öncə saxlanılan Dilan Polat kimi gözəllik mərkəzlərinə sahibdir.

Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Noyabrın 14-ü isə  sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb.

***

Prokuror Banu Parlak barəsində həbs nəzərdə tutulmayan qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat göndərib.

Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Parlak sərbəst buraxılıb.