Türkiyədə seçki kampaniyası dayandırıldı

turkiyede-secki-kampaniyasi-dayandirildi
Oxunma sayı: 3431

Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.

"Qafqazinfo" xəbər verir ki, partiya nümayəndələri son çıxışlarını TRT telekanal və radioları ilə ediblər.

Seçkilərə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.