Türkiyədə sel qurbanlarının sayı 19-a çatdı

turkiyede-sel-qurbanlarinin-sayi-19-a-catdi
Oxunma sayı: 1344

Türkiyədə fevralın 6-da dəhşətli zəlzələnin olduğu bölgədə baş vermiş sel nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu gün Adıyamanın Tut qəsəbəsində seldə itkin düşən hamilə tibb bacısı Fatma Tekdalın meyiti tapılıb. Hadisə zaman itkin düşən F.Tekdalın yaş yarımlıq qızı Zeynəbin, eləcə də digər şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, sel əsasən Şanlıurfada dağıntlara və insan itkisinə səbəb olub. Təbii fəlakət nəticəsində zəlzələdə evini itirən, çadır və konteynerlərdə yaşayan minlərlə insan yenidən ağır duruma düşüb.