Türkiyədə sərnişin avtobusu aşdı - 1 ölü, 30 yaralı

turkiyede-sernisin-avtobusu-asdi
Oxunma sayı: 1098

Türkiyənin Eskişehir şəhərində sərnişin avtobusu yoldan çıxaraq aşıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, daha 30 sərnişin isə yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Alanyadan Bursaya gedən avtobusda ümumilikdə 44 nəfər olub.