Türkiyədə termometr 52 dərəcəni göstərir

turkiyede-termometr-52-dereceni-gosterir
Oxunma sayı: 3101

Türkiyənin Adana və Diyarbəkir vilayətlərində yüksək temperatur qeydə alınıb.

“Qafqazinfo” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu günlərdə termometrlər müvafiq olaraq 52 və 48 dərəcə göstərib.

Yalnız insanlar deyil, heyvanlar da dözülməz istidən əziyyət çəkir, küçələr və meydanlar boşdur.

Xatırladaq ki, daha əvvəl BMT-nin Ümumdünya Meteoroloji Təşkilatı qlobal temperaturun növbəti beş il ərzində rekord həddə çata biləcəyini proqnozlaşdırmışdı.