Türkiyədə universitetdə silahlı insident - Yaralılar var

turkiyede-universitetde-silahli-insident
Oxunma sayı: 2946

Türkiyənin Konya şəhərində universitetdə silahlı insident yaşanıb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, Selçuk Universitetinin Bestami Serdar E. adlı tələbəsi tapança ilə dekan müavini Müjdat Yeşildala atəş açıb.

Bunun ardınca, tələbə intihara cəhd edib.

Həm tələbə, həm də dekan müavini xəstəxanaya çatdırılıb.

İnsidentin səbəbi açıqlanmayıb.