Türkiyədə universitetlərdə əyani tədris bu tarixdən bərpa olunur

turkiyede-universitetlerde-eyani-tedris-bu-tarixden-berpa-olunur
Oxunma sayı: 3130

Türkiyə universitetlərində əyani tədris aprelin 3-dən bərpa olunacaq.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar bildirib.

Onun sözlərinə görə, əyani tədris məcburi xarakter daşımayacaq. Belə ki, distant təhsilə davam etmək istəyən tələbələr nəzərə alınacaq.

Qeyd edək ki, Türkiyədə fevralın 6-sı baş verən və 50 mindən çox insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələr səbəbindən 17 fevraldan etibarən distant təhsil tətbiq edilirdi.