Türkiyədə ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, biri isə xəsarət alıb.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza İstanbul şəhərində baş verib.
Ölənlərin yol kənarında iş aparan bələdiyyə işçiləri olduğu bildirilir.
Qəzaya görə ərazidəki yol bir müddət bağlı olub.