Türkiyəli aktrisa Səma Çeyrekbaşı xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “CNN Türk” məlumat yayıb.
73 yaşlı aktrisanın beynindəki laxtalanma səbəbilə reanimasiyada olduğu qeyd olunub.
O, İstanbul Dövlət Teatrında bir çox tamaşalarda rol alıb, 1993-1994-cü illər mövsümündə qurumun bədii rəhbəri vəzifəsində çalışıb.
Komediya və ya Musiqili Filmdə “İlin Ən Yaxşı Qadın Oyunçusu” mükafatına layiq görülüb. Son olaraq “Kendi Düşen Ağlamaz” serialında rol alıb. O, “Sandık kokusu” serialına çəkilməyə hazırlaşırdı.