Türkiyəli aktyor vida mərasimində maşınla adam vurdu - Foto

turkiyeli-aktyor-vida-merasiminde-masinla-adam-vurdu
Oxunma sayı: 4864

Türkiyəli aktyor Erkan Petekkayanın atasının vida mərasimində qəza baş verib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, mərasimə qatılan aktyor Saruhan Hünel avtomobili ilə adam vurub. Aldığı zərbədən vətəndaşın ayağı şişərək göyərib.

“Qarşı tərəfdən gələn nəqliyyat vasitəsi məni sıxışdırdı. Maşınımı sağa qaçırmaq istəyərkən həmin şəxsin ayağını əzdim. Xəstəxanaya aparmağı təklif etdim. Dəfndən sonra xəstəxanaya gedəcəyik”, - deyə Hünel bildirib.

Qeyd edək ki, E. Petekkayanın atası Akın Petekkaya xərçənglə uzunsürən mübarizədən sonra ötən gün 81 yaşında vəfat edib. Vida mərasimində Mahsun Kırmızıgül, Aslıhan Karalar, Saruhan Hünel, Ferman Toprak, Burak Sağyaşar və Mehmet Yiğit Alp kimi məşhurlar iştirak ediblər.