Rusiyanın Omsk vilayətində “Aeropraktik-22” yüngülmühərrikli təyyarə qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Koşkarevo kəndi yaxınlığında baş vermiş hadisə nəticəsində 2 nəfər həlak olub.
Qəzanın səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər