“Bir neçə məsələ ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunmalıdır. Elə mətbuatda da bəzən belə yazırlar - “Montin”, “Razin” və s. Əslində isə belə adlar yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov bildirib.
“Mən araşdırma etdim, “Montin”, “Vorovski”, “Razin” və s. kimi yerlərin adlarını insanlar yaxşı tapsınlar deyə bəzi şirkətlər ünvanı belə deyirlər. Amma əslində onlar qanunvericiliyi pozurlar.
Məsələn, deyirlər ki, bizim tədris kursumuz “Montin”də yerləşir. Amma indi belə bir ünvan yoxdur”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər