Türkiyəli məşhurlardan Azərbaycana dəstək paylaşımları

turkiyeli-meshurlardan-azerbaycana-destek-paylasimlari
Oxunma sayı: 12133

Türkiyənin məşhur simaları ötən gündən Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərdən yazıblar.

“Qafqazinfo” xəbər verir ki, tanınmış incəsənət nümayəndələri paylaşımlarında hər zaman Azərbaycanı dəstəklədiklərini bildiriblər.

Müğənni Mustafa Ceceli: “Vaxtı gəldi, Allah zəfər nəsib etsin”.

Aparıcı Seren Serengil: “Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin”.

Aktyor Oktay Kaynarca: “Türkiyə daim Azərbaycanın yanındadır”.

Aktrisa Tuvana Türkay: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Müğənni Ebru Yaşar: “Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq”.

Müğənni Alişan: “Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün”.

Bundan əlavə, aktyor Haluk Bilginer, müğənnilər Demet Akalın, Seda Sayan, Serdar Ortaç da instaqram səhifələrində dəstək paylaşımı ediblər.