Türkiyənin 23 yaşlı voleybol əfsanəsi Zəhra... - Fotolar

turkiyenin-23-yasli-voleybol-efsanesi-zehra
Oxunma sayı: 10023

Türkiyənin “Vakıfbank” voleybol klubunun üzvü Zəhra Günəş son günlər ən çox müzakirə olunan idmançılardan birinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, 2 gün öncə komandası ilə CEV Çempionlar Liqasını qazanan voleybolçunun uğurlu çıxışı diqqət mərkəzinə düşüb.

23 yaşlı Zəhra Günəş komandası ilə bu mövsüm qatıldığı bütün turnirlərdə qalib olub. Həmçinin o, “Vakıfbank”ın əsas idmançısı sayılır.

Türkiyə mediası Zəhra Günəşi voleybolun əfsanələrindən hesab edir.

Onun fotolarını təqdim edirik: