Türkiyənin Ermənistanla bağlı xüsusi nümayəndəsi təsdiqləndi

turkiyenin-ermenistanla-bagli-xususi-numayendesi-tesdiqlendi
Oxunma sayı: 1386

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serdar Kılıçın Ermənistan ilə münasibətlərin normallaşması üçün xüsusi nümayəndə olaraq təyin edilməsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat verilib.

Xatırladaq ki, Türkiyə və Ermənistan iki ölkə arasında münasibətlərin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin ediblər. Sözügedən xüsusi nümayəndələr Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır. Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada keçiriləcək.