Türkiyənin Milas bölgəsində yanğın bu səbəbdən baş verib

turkiyenin-milas-bolgesinde-yangin-bu-sebebden-bas-verib
Oxunma sayı: 1329

İyulun 15-də Muğlanın Milas rayonunda 160 hektar əraziyə ziyan vuran yanğın baş verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bölgəyə Muğla Meşə Region Müdirliyinə aid 18 helikopter və 12 təyyarə göndərilib.

Həmçinin, yanğının Kemaliye rayonundakı qəsəbəyə keçməsi ehtimalı ilə ərazidə yaşayan yaşlılar təxliyə edilib.

Milas Prokurorluğunun başlatdığı istintaq çərçivəsində yaradılan xüsusi qrup tərəfindən aparılan araşdırmalar nəticəsində yanğının 47 yaşlı Mahmud Dilbazın avtomobilinin içərisindən yol kənarına atılan torpeda səbəbindən başladığı müəyyən edilib.

Dilbaz həmin hərəkətindən sonra həbs edilib. Onun evinə və bağçasına baxış zamanı torpedo parçaları tapılıb.